DİM imtahanların nəticələrini açıqlayıb

DİM imtahanların nəticələrini açıqlayıb
  08 May 2018    Oxunub:1053
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 15-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar və üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının I mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün keçirilmiş imtahanların nəticələri açıqlanıb.
AzVision.az-ın xəbərinə görə, cavab kartlarının qrafik təsvirləri ilə Mərkəzin saytında tanış olmaq olar.

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti